Hüquqi

Şərtlər və Qaydalar.

Son yenilənmə: 22 iyul 2026
Ana səhifəyə qayıt
01

Ümumi müddəalar

Bu sənəd xC4 LTD (bundan sonra — 'Şirkət') tərəfindən təklif olunan xidmətlərin istifadə şərtlərini müəyyən edir. Xidmətlərdən istifadə edərək istifadəçi bu şərtləri qəbul etmiş sayılır.

02

Xidmətlərin təsviri

Şirkət web saytların hazırlanması, mobil tətbiqlər, digital marketinq, startup layihələri, hosting, VPS, fiziki server və domen xidmətləri təqdim edir. Xidmətlərin dəqiq həcmi hər müştəri ilə ayrıca müqavilədə əks olunur.

03

Ödəniş şərtləri

Layihə üzrə ödəniş adətən 50% avans və 50% təhvildən sonra həyata keçirilir. Abunə xidmətləri aylıq və ya illik ödəniş modelində təqdim edilə bilər. Ödəniş GBP, USD və ya EUR ilə həyata keçirilir.

04

Müəllif hüquqları

Layihə tam ödənildikdən sonra mənbə kodu və dizayn materialları müştəriyə köçürülür. Şirkət hazırladığı işi öz portfolio-sunda nümayiş etdirmək hüququnu saxlayır.

05

Məsuliyyət məhdudiyyəti

Şirkət xidmətləri 'olduğu kimi' təqdim edir. Üçüncü tərəf servislərin (ödəniş sistemləri, hostinq provayderləri və s.) nasazlıqlarına görə birbaşa məsuliyyət daşımır, lakin problemin həllində maksimum dəstək göstərir.

06

Xidmətin dayandırılması

Müştəri istənilən vaxt xidməti dayandıra bilər. İstifadə olunmuş dövr üzrə ödəniş geri qaytarılmır. Şirkət qaydaları pozan hesabları xəbərdarlıqla və ya birbaşa dayandırmaq hüququnu saxlayır.

07

Şərtlərdə dəyişikliklər

Şirkət bu şərtləri istənilən vaxt yeniləmək hüququnu saxlayır. Dəyişikliklər sayta yerləşdirildiyi andan qüvvəyə minir.

08

Əlaqə

Şərtlərlə bağlı suallar üçün info@xc4.az ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

· yeni layihə · yeni layihə ·

İdeyan var? Birlikdə həyata keçirək.

Pulsuz konsultasiya. 24 saat ərzində geri dönüş. Layihən üçün düzgün komanda burada.